Ağstafada evdə partlayış baş verib.

Heftelik.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənddə yerləşən evdə baş verən partlayış zamanı 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.