Azərbaycan aviaşirkətləri cari ildə Naxçıvana və əks istiqamətə uçuşlar üçün Ermənistana təxminən 90 min avro vəsait ödəyib.

Heftelik.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan 2021-ci ilin 6 oktyabr tarixindən etibarən Ermənistanın hava məkanından istifadə edir.