Kəsim məntəqəsinə gətirilmiş heyvanlar və ya quşlar kəsimdən qabaq dövlət baytarlıq müfəttişi tərəfindən kliniki baxışdan keçirilməklə, termometriya olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.
Sağlamlığı şübhə doğuran heyvanlar və quşlar laboratoriya nəticələri müəyyən olunana qədər təcrid olunaraq onların kəsiminə icazə verilmir.