Bir cihaza aid armaturun (cihazın) saniyəlik su (ümumi, isti və ya soyuq) sərfinin necə təyin edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bir cihaza aid armaturun (cihazın) saniyəlik su (ümumi, isti və ya soyuq) sərfi aşağıdakı kimi təyin edilməlidir:
– ayrı-ayrı cihazlar üçün – Əlavə 1-in 1.1 cədvəlindən;
– dalanlı şəbəkənin hesablama sahəsində oxşar su istehlakçılarına xidmət edən müxtəlif cihazlar üçün – Əlavə 1-in 1.2 cədvəlindən;
– dalanlı şəbəkənin hesablama sahəsində müxtəlif su istehlakçıları müxtəlif cihazlar üçün, – (1) düsturu ilə:
burada N – sanitar-texniki cihazların sayı;
i =1,2,3….m – su istehlakçıları qruplarının nömrələri
m – su istehlakçıları qruplarının sayı;
Pi – ayrı-ayrılıqda hər bir su istehlakçıları qrupunun sanitar-texniki cihazların fəaliyyət ehtimalı (bu normaların 5.2.9-cu yarımbəndinə əsasən təyin edilir);
– hər bir su istehlakçıları qrupu üçün qəbul edilən (Əlavə 1-in 1.2 cədvəlinə əsasən) suayırıcı armaturun (cihazın) saniyəlik su sərfidir (ümumi , isti və ya soyuq ), l/s.
Halqavari şəbəkə layihələndirildikdə su sərfi şəbəkə üçün bütövlükdə təyin edilməli və onun bütün sahələri üçün eyni su sərfi qəbul edilməlidir.
Su sərfi və sanitar-texniki cihazların texniki xarakteristikaları məlum olmayan yaşayış və ictimai binalarda saniyəlik su sərflərinin
l/s; l/s
kimi qəbul edilməsinə yol verilir.