Məhəllədaxili tranzit su təchizatı şəbəkələri texniki döşəməaltılar və ya binaların zirzəmilərində çəkildikdə boru kəmərlərinin bina konstruksiyaları ilə güclü qarşılıqlı təsirlərini aradan qaldıran tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Belə boru kəmərlərində kompensatorlar deformasiya tikişləri ilə kəsişmə yerlərində və tranzit boru kəmərindən daxili şəbəkə dik borularına ayrılan qollarda qoyulmalıdır. Boru kəmərlərinin bina mərtəbələri hüdudunda deformasiya tikişlərini kəsməsinə yol verilmir.