Seysmikliyi 8-9 bal olan rayonlarda yerləşən sənaye müəssisələrinin binaları üçün, suyun verilməsində fasilə qəzalara və ya əhəmiyyətli maddi itkilərə səbəb ola bildikdə iki müstəqil su təchizatı mənbələrindən  iki giriş nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Boruların bina və qurğuların divar hörgülərində və bünövrələrində sərt bağlanmasına (hörülməsinə) yol verilmir. Bünövrələrdən və divarlardan boruları keçirmək üçün deşiklər elə ölçüdə açılmalıdır ki, hörgü içərisində boru ətrafında ən azı 0,2 m boşluq qalsın. Boşluq yanmayan elastik materialla doldurulmalıdır. Su saxlayan həcmli qurğuların divarlarından borular divarlara qoyulmuş kipkəclərdən (salniklərdən) keçirilməlidir.