Müdafiə üçün təhlükəsizlik tədbirlərinin görülməsindən imtina edildikdən sonra cinayət prosesində iştirak edən şəxs yenidən hədəyə və ya hücuma məruz qaldıqda, yaxud vəsatətdə və ya xahişdə əvvəllər öz əksini tapmayan digər hallar yarandıqda, bu, onun göstərilən tədbirlərin görülməsi barədə təkrarən vəsatətlə və ya xahişlə müraciət etməsinə mane olmur.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.