Tullantının əmələ gəlmə mənbəyi bir texnoloji reqlamentlə təsvir edilmiş sənaye müəssisəsi və ya onun sahəsi (sexi) ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Əgər müəssisə bir reqlament üzrə işləyirsə və bu reqlamentdə bütün istehsal qurğuları təsvir edilmişdirsə, bu müəssisə tullantıların müəyyən olunma mənbəyi kimi göstərilir.
İstehsal prosesində istifadə olunan xammala, köməkçi materiallara, qurğulara, digər texniki sənədlərə və reqlamentdəki göstəricilərə görə material balansı tərtib edilir və nəticədə qurğularda əmələ gələn tullantıların dəqiq miqdarı müəyyən olunur.