Poçt göndərişlərinin alıcılara çatdırılması mümkün olmadıqda onların saxlanma müddətlərinin necə müəyyənləşdirildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt göndərişlərinin alıcılara çatdırılması mümkün olmadıqda onların saxlanma müddətləri poçt göndərişinin poçt obyektinə daxil olduğu günün ertəsi günündən hesablanmaqla, aşağıdakı kimi müəyyən olunur:
– sürətli poçt göndərişləri üçün – 10 təqvim günü;
– “Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli məktublar üçün – 7 təqvim günü;
– digər poçt göndərişləri və daxili pul köçürmələri üçün – 30 təqvim günü;
– beynəlxalq pul köçürmələri üçün – bağlanmış müqavilələrə uyğun olaraq.
Ünvançının və ya göndəricinin yazılı ərizəsinə əsasən saxlanma müddətləri aşağıdakı müddətlərədək uzadıla bilər:
– sürətli poçt göndərişləri üçün – 30 təqvim günü;
– digər poçt göndərişləri (“Məhkəmə bildirişi. Sifarişli xəbərnamə ilə” və “İcra qeydi bildirişi. Sifarişli xəbərnamə ilə” qeydli məktublar istisna olmaqla) və daxili pul köçürmələri üçün – 60 təqvim günü.