Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik olmayan rayonlarında dövlət sanitariya nəzarəti orqanlarla razılaşdırıldıqdan sonra hansı binalarda biotualetlərin (lyüft-klozetlərin) quraşdırılmasına yol verildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yaşayış məntəqələrinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə malik olmayan rayonlarında dövlət sanitariya nəzarəti orqanlarla razılaşdırıldıqdan sonra aşağıdakı binalarda biotualetlərin (lyüft-klozetlərin) quraşdırılmasına yol verilir:
– bir növbədə işləyənlərinin sayı 25 nəfərə qədər olan sənaye müəssisələrinin istehsalat və köməkçi binalarında;
– hündürlüyü 1-2 mərtəbə olan yaşayış binalarında;
– 50 nəfərə qədər sakini olan 1-2 mərtəbəli yataqxanalarda;
– ən çoxu 240 yerlik, ancaq yay aylarında istifadə edilən idman və idman-istirahət təyinatlı obyektlərdə;
– klublar və istirahət-əyləncə mərkəzlərində;
– açıq müstəvi idman qurğularında;
– ən çoxu 25 yerlik ictimai iaşə müəssisələrində.
Bu binalarda su kəməri girişlərinin qurulması nəzərdə tutulmur, biotualetlərdə toplanan maddələrin utilləşdirilmə üsulları yerli kommunal xidmətlərinin texniki şərtlərinə uyğun layihə ilə təyin edilir.