“Ödəmə şərtli” qeydi ilə daxil olmuş poçt göndərişləri, ikitərəfli müqavilədə digər hal nəzərdə tutulmayıbsa, ünvançıya onun tərəfindən ödəmə şərti üzrə məbləğ və bu məbləğin pul köçürməsi ilə göndərilmə haqqı ödənildikdən sonra verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Ünvançı ödəmə şərti üzrə məbləğ ödənilənədək göndəricinin adı və ünvan məlumatlarını almaq hüququna malikdir.
Bu Qaydalara uyğun olaraq alıcıya verilmiş “Ödəmə şərtli” poçt göndərişi geri qaytarılmır, həmçinin alıcı tərəfindən ödənilmiş ödəmə şərtinin məbləği və onun pul köçürməsi ilə göndərilmə haqqı geri qaytarılmır.