Arxiv işləri bölməsində mühafizə edilən arxiv sənədləri elmi, praktiki məqsədlər, eləcə də vətəndaşların hüquqi və qanuni mənafeyini təmin etmək üçün istifadə olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Tərtib edilmə vaxtından asılı olmayaraq, arxiv sənədlərindən istifadə olunarkən, məxfilik rejiminə dair Ədliyyə Nazirliyi Penitensiar xidmət tərəfindən müəyyən edilmiş tələblərə riayət olunmalıdır.