Nasoslar və onların iş rejimləri aşağıda göstərilən işlənmiş variantların texniki-iqtisadi müqayisəsinin nəticələri əsasında təyin edilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Nasoslar və onların iş rejimləri aşağıda göstərilən işlənmiş variantların texniki-iqtisadi müqayisəsinin nəticələri əsasında təyin edilməlidir:

– tənzimləyici həcmlər olmadıqda fasiləsiz və ya fasilə ilə işləyən nasosları olan;

– təkrar-qısamüddətli rejimdə hidropnevmatik və ya membran tipli su-basqı çənləri ilə birlikdə işləyən və suyun maksimal saatlıq sərfinə bərabər və ya daha çox məhsuldarlığa malik nasosları olan;

– akkumulyasiyaedici həcmlərlə birlikdə işləyən, saatlıq maksimal sərfdən az məhsuldarlığa malik, fasiləsiz və ya fasilələrlə fəaliyyət göstərən nasosları olan.