Daxili poçt göndərişlərində aşkar olunmuş odlu silahlar və onların sursatları, soyuq silahlar və xüsusi olaraq hücum və müdafiə üçün nəzərdə tutulmuş əşyalar, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, o cümlədən tərkibində belə maddələr olan dərman vasitələri, güclü təsirə malik, zəhərli, tezalışan, partlayıcı, radioaktiv, bioloji, infeksion və digər təhlükəli maddələrin aşkar olunma və saxlanılma faktı barədə poçt rabitəsi operatoru aidiyyəti üzrə hüquq mühafizə orqanlarını dərhal xəbərdar edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Bu orqanların səlahiyyətli nümayəndələri poçt obyektinin məsul işçilərinin iştirakı ilə müvafiq akt tərtib edilməklə qanunla müəyyən olunmuş qaydada göndərilməsi qadağan olunmuş əşya və maddənin götürülməsini həyata keçirir.