Binanın su-basqı çənlərinin yerləşməsi və tutumu günün istənilən vaxtlarında yuxarı mərtəbədə və ya bilavasitə çənin altındakı mərtəbədə hündürlüyü 4 m-dən az olmayan, qalan mərtəbələrdə isə 6 m-dən az olmayan yığcam yanğın şırnağının yaranmasını təmin etməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman şırnaqların hesablama sayı iki və daha çox olduqda 10 dəqiqə müddətində hər birinin məhsuldarlığı 2,5 l/s olan iki şırnaq, qalan hallarda isə bir şırnaq qəbul edilməlidir.

Yanğın kranlarında yanğın nasoslarını avtomatik işə salmaq üçün onların vəziyyətini göstərən sensorlar qoyulduqda su-basqı çənlərinin nəzərdə tutulmamasına yol verilir.