Temperaturu 900C-yə qədər olan isti su verən və sirkulyasiya boru kəmərlərində sayğaclar əks klapan qoyulmaqla quraşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Suyun hərəkəti istiqamətində sayğaclardan əvvəl mexaniki və ya maqnitli-mexaniki süzgəclərin qoyulması nəzərdə tutulmalıdır. Süzgəcdə təzyiq itkisi sayğacdakı təzyiq itkisinin 50%-dən artıq olmamalıdır.
Bina və qurğulara soyuq (isti) su girişlərində su sayğacları rahat və əlçatan, süni və ya təbii işıqlanması olan və temperaturu 50C-dən aşağı olmayan otaqlarda yerləşdirilməlidir.