Türkiyə Superkubok matçını idarə edəcək hakimin adına aydınlıq gəlib.
Heftelik.a-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası matçı Abdulkadir Bitigen idarə edəcəyini açıqlayıb.
Səudiyyə Ərəbistanının Əl-Avval Parkda stadionunda baş tutacaq qarşılaşmada Abdulkadir Bitigenin köməkçiləri Erdem Bayık və Mustafa Savranlar olacaq. Matçın dördüncü hakimi Volkan Bayarslandır.
Qeyd edək ki, dekabrın 29-da keçirilməsi nəzərdə tutulan qarşılaşmada “Fənərbaxça” və “Qalatasaray” komandaları üz-üzə gələcək. Matç bakı vaxtı ilə saat 21:45-də start götürəcək.