Binaya təsərrüfat-içməli, yanğın əleyhinə və sirkulyasiya ehtiyaclarına su verən nasos qurğuları “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na uyğun olaraq səs-küyün və vibrasiyanın yol verilən hədləri təmin edilməklə bu binaların özündə, həmçinin istilik məntəqələri və boyler otaqlarında, qazanxanalarda və ayrıca nasosxanalarda yerləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Hidropnevmatik çənlər layihələndirildikdə “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin və həmin Qanuna Əlavə 1-in tələbləri nəzərdə alınmalıdır. Hidropnevmatik çənlərin texniki mərtəbələrdə yerləşdirilməsinə yol verilir. Hidropnevmatik çənlərin 50 və daha çox insan olan otaqların (tamaşa salonu, səhnə, qarderob və s.) bilavasitə yanında, üstündə və altında yerləşdirilməsinə yol verilmir.