Hüquqi şəxslərə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə arxiv sənədləri barədə məlumatlar Azərbaycan Respublikasının müvafiq qanunları və digər normativ sənədlərlə müəyyən edilmiş qaydalar əsasında verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Arxiv işləri bölməsinin əməkdaşları öz xidməti fəaliyyətlərində arxiv sənədlərindən yalnız şöbə rəhbərliyinin icazəsi ilə istifadə edə bilərlər.
Mühafizə edilən sənədlərdən istifadə edilməsi məqsədilə arxiv işləri bölməsi:
– işləri müvəqqəti istifadəyə verir;
– arxiv sənədləri barədə əlaqədar orqanları məlumatlandırır;
– vətəndaşların və təşkilatların sorğuları əsasında sənədlərdən çıxarışlar verir;
– dərc edilmək, sərgilərə çıxarılmaq, ədəbiyyat və incəsənət sahəsində, media məhsullarında istifadə etmək üçün müəyyən edilmiş qaydalara riayət etməklə sənədlər hazırlayır.