Daxili su kəməri sistemlərinə (təsərrüfat-içməli, isti su, istehsalat, yanğın əleyhinə) binaya girişlər, isti və soyuq su sərfini uçota alan qovşaq, paylayıcı şəbəkə, dik borular, sanitar-texniki cihazlara və texnoloji qurğulara su çatdıran borular, suayırıcı, qarışdırıcı, bağlayıcı və tənzimləyici armaturlar daxildir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Yerli şəraitdən, istehsal texnologiyasından asılı olaraq daxili su kəməri sistemlərində bu normalara əsasən ehtiyat və tənzimləyici həcmlər nəzərdə tutulmalıdır.