Borular binaların bünövrələri altından polad və ya dəmir-beton borulardan olan futlyarda keçirilməlidir.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman futlyarın yuxarısı ilə bünövrənin oturacağı arasındakı məsafə 0,2 m-dən az olmamalıdır. Binaların daxilində boru kəmərlərinin deformasiya tikişlərindən keçən yerlərində kompensatorların qoyulması nəzərdə tutulmalıdır.