Suayırıcı dik borular arasında halqalandırıcı aralıqlar olduqda suayırıcı qovşaqda istilik itkisini hesablayan zaman halqalandırıcı boru kəmərindəki istilik itkisi də nəzərə alınır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

İsti su təchizatı sisteminin ayrı-ayrı qollarında sirkulyasiya rejimində basqı itkiləri (sirkulyasiya boru kəmərləri daxil olmaqla) müxtəlif qollar üçün 10%-dən artıq fərqlənməməlidir.