Gömrük Məcəlləsinin 215-ci maddəsinə müvafiq olaraq məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Qəbul zamanı poçt göndərişində göndərilməsi qadağan olunmuş əşya və ya maddənin olmasına dair şübhə yarandıqda poçt rabitəsi operatoru göndəricidən poçt göndərişinin açıq şəkildə təqdim edilməsini tələb etmək hüququna malikdir. Göndərici poçt göndərişini açıq şəkildə təqdim etməkdən imtina etdiyi halda poçt rabitəsi operatoru poçt göndərişinin qəbulundan imtina etmək hüququna malikdir.