Çəkisi 500 qramdan artıq olan bütün kateqoriyalı məktub poçtu göndərişlərinin (sekoqramlar istisna olmaqla) və çəkidən asılı olmayaraq bütün bağlamaların poçt obyektinə daxil olduğu gündən 5 təqvim günü (“Tələb olunanadək” qeydli poçt göndərişi üçün 20 təqvim günü) keçdikdən sonra poçt obyektində saxlanmasına görə hər gün üçün alıcıdan poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun ödəniş tutulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Bu zaman poçt göndərişinin verilmə günü nəzərə alınmır.