Daxili yağış suyu axıdıcılarının qurulmasının vacibliyi layihənin memarlıq-planlaşdırma və konstruksiya və mühəndis-kommunikasiya təminatı bölmələrinə əsasən təyin edilir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Daxili soyuq və isti su təchizatı, kanalizasiya və yağış suyu axıdıcıları sistemlərinin boruları, armaturları, avadanlıq və materialları bu normaların, texniki reqlamentlərin, sanitariya-epidemioloji normaların və digər normativ sənədlərin tələblərinə uyğun olmalıdır.
Daxili soyuq və isti su təchizatı, kanalizasiya və yağış suyu axıdıcıları sistemlərinin plastik boruları, armaturları (boru başlıqları), avadanlıq və materialları AZS 047, AZS 048 və AZS 049-un tələblərinə uyğun olmalıdır.