Türkiyə yığmasının və İstanbulun “Qalatasaray” klubunun əfsanəvi baş məşqçisi Fatih Terimin yeni klubu məlum olub.

Heftelik.az-ın məlumatına görə, Yunanıstanın “Panathinaikos” klubu Fatih Terimlə razılaşma əldə olunduğunu və türkiyəli mütəxəssisin baş məşqçi postuna gətiriləcəyini açıqlayıb.

Fatih Terimin sabah Afinaya yollanacağı və “Panathinaikos”la 1,5 illik müqavilə imzalayacağı gözlənilir. Fatih Terimin köməkçisi Necati Ateş olacaq.