“Ödəmə şərtli. Siyahı ilə” qeydli poçt göndərişi, eləcə də çəki fərqi və (və ya) zədələnməsinə dair akt tərtib olunmuş “Ödəmə şərtli” poçt göndərişi qabaqcadan ödəmə şərtinin məbləği və bu məbləğin göndərilmə haqqı ödənilmədən alıcının iştirakı ilə açılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Çatışmazlıq aşkar edilmədikdə və göndərişin tərkibi siyahıya uyğun olduqda akt tərtib olunmur. Ödəmə şərtinin məbləği və bu məbləğin göndərilmə haqqı ödənildikdən sonra poçt göndərişi alıcıya verilir.