Hansı binalarda iki və daha çox su girişləri nəzərdə tutulmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Aşağıda göstərilən binalarda iki və daha çox su girişləri nəzərdə tutulmalıdır:
– 400 və daha çox mənzilli yaşayış binalarında, estradası olan klublarda və istirahət-əyləncə mərkəzlərində, 300 və daha çox yeri olan kinoteatrlarda;
– yerlərin sayından asılı olmayaraq səhnəsi olan teatrlar, klublar və istirahət-əyləncə mərkəzlərində;
– 200 və daha çox yeri olan hamamlarda;
– bir növbədə 2 ton və daha çox paltar yuyan camaşırxanalarda;
– 12 və daha çox yanğın kranları qurulmuş binalarda;
– halqalı su kəməri şəbəkələri olan və ya girişləri halqalanmış binalarda;
– üçdən çox idarəetmə qovşağı olan TNvəQ 2.04.09-a uyğun sprinkler və drençer sistemləri ilə təchiz edilmiş binalarda.