Qida xammalı qida məhsullarının emalı üçün istifadə olunan bitki, heyvan, mikrobioloji, mineral, süni və biotexnoloji mənşəli maddələr və qida məhsullarının ilkin istehsalı, istehsalı və emalı zamanı onlara əlavə edilən sudur.
Heftelik.az-ın məlumatına görə, bu, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”da əksini tapıb.
İlkin istehsal heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılmasıdır.