Müəssisənin ərazisində başqa tullantı mənbəyi kimi digər müəssisədən gətirilən tullantı ola bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Əgər ərazidə digər müəssisədən gətirilmiş tullantı olarsa, onda daşınma barədəki nəqliyyat sənədləri yoxlanılır və həmin tullantının növü, miqdarı və tərkibi haqqında qeydlər aparılır.
Müəssisədə tullantıların bir hissəsinin əmələ gəlmə mənbəyi ərazidə emal və ya utilizasiya edilməsi üçün saxlanılması ola bilər.