Beynəlxalq sadə və sifarişli banderollarda poliqrafiya məhsulları, xəritələr, nümunələr, kataloqlar, broşürlər, kitab çapı üçün istifadə olunan kağız, karton və ya digər material üzərində reproduksiyalar və sair məhsullar göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
“M” kisələrində eyni göndərici tərəfindən eyni alıcıya və eyni təyinat yerinə ünvanlanan çap mediası məhsulları, kitab və digər çap məhsulları, habelə çap nəşrlərinin ayrılmaz hissəsi olan digər informasiya daşıyıcıları və əşyalar göndərilir.