Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib.
Heftelik.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, agentlik ləğv edilib və bu sərəncamdan irəli gələn bütün məsələlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb.
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası da ləğv edilib.
Ali Məclisin sədr müavini Anar İbrahimov bununla da bağlı sərəncam imzalayıb.