“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.
Heftelik.az-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov müvafiq sərəncam imzalayıb.
Sərəncamla Sara Nurəddin qızı Əzimova “Şərq qapısı” qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bundan öncə sözügedən qəzetin baş redaktoru Mehriban Sultanova idi. O, ötən ay vəzifədən azad edilib.