Daxili poçt göndərişlərində aşkar olunmuş milli və xarici valyuta pul köçürməsi ilə göndəriciyə qaytarılır və ya ünvançıya göndərilir. Poçt göndərişindən götürülmüş xarici valyuta Azərbaycan Respublikası Mərkəzi Bankının cari mübadilə kursu üzrə konvertasiya olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Pul köçürməsinin göndərilmə haqqı poçt rabitəsi operatoru tərəfindən müəyyən olunmuş tariflər əsasında aşkar olunmuş vəsait hesabına tutulur.