Qız atasını bıçaqladı

26 Dekabr 2023, 08:52

Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Heftelok.az-ım APA-ya istinadın verdutu məlumata  görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

 

Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Xəlilov Elman Oqtay oğlu qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Bıçaqlanan şəxsin yaxınları bildirib ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.