İsti su təchizatı sistemlərinin boru kəmərləri (suverici və sirkulyasiya, cihazlara qoşulanlar istisna olmaqla) istilik itkisinin qarşısını almaq üçün AzDTN 2.12-6-ə uyğun olaraq izolyasiya edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Suyun götürülməsi vaxta görə reqlamentləşdirilən isti su kəməri sistemlərində suyun götürüldüyü yerlərdə onun temperaturu bu normalarda nəzərdə tutulandan aşağı düşmürsə isti suyun sirkulyasiyasının nəzərdə tutulmamasına yol verilir.