Ukrayna Krımın Feodosiya limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.

Heftelik.az-ın “Unian”-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Mikola Oleşçuk “Telegram” hesabındakı paylaşımında bildirib.

Qeyd edilib ki, bu dəfə böyük desant gəmisi “Novoçerkassk” Rusiyanın Qara dəniz donanmasının flaqmanı, “Moskva” kreyserinin ardınca gedib.

Mikola Oleşçuk Hərbi Hava Qüvvələrinin pilotlarına zərbəyə görə təşəkkür edib.