Dekabrın 31-də saat 00.00-da Bakıda 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il münasibəti ilə bayram atəşfəşanlığı keçiriləcək.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, artıq Dənizkənarı Milli Bulvarın ərazisində Saat qülləsinin yaxınlığında hazırlıq işlərinə başlanılıb.