Binaların su təchizatı sistemlərinin girişində təzyiq tənzimləyiciləri su sayğacını işdən ayıran bağlayıcı armaturdan sonra və ya təsərrüfat-içməli su təchizatı nasoslarından sonra nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Bu zaman tənzimləyicidən sonra bağlayıcı armaturun qoyulması nəzərdə tutulmalıdır. Təzyiq tənzimləyicini sazlamaq və işinə nəzarət etmək üçün ondan əvvəl və sonra manometrlər qoyulmalıdır. Tənzimlənən intiqallı nasoslar qoyulduqda təzyiq tənzimləyiciləri nəzərdə tutulmur.