Bina daxilində su boru kəmərləri onlara baxış keçirilməsi və təmir işlərinin aparılmasının asanlaşdırılması üçün birinci və ya zirzəmi mərtəbələrinin döşəməsindən hündürdə yerləşdirilməlidirlər.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

II tip qruntlarda su kəməri girişlərinin qurulması və bina daxilində boruların döşəmə altında su keçirməyən kanallarda nəzarət quyuları istiqamətində mailliklə çəkilməsi nəzərdə tutulmalıdır. Binalara girişlərdə binanın bünövrəsinin xarici tərəfindən nəzarət quyusuna qədər  su keçirməyən kanalın minimal uzunluğu batan qrunt layının qalınlığından və giriş borusunun diametrindən asılı olaraq qəbul edilməlidir.