İsti su təchizatı sistemi, isti suyun qapalı sistemdən götürülməklə istilik-mübadilə cihazlarında və suqızdırıcılarda (isti su ilə, qazla, elektrik enerjisi, günəş qızdırıcıları və s.) hazırlanması ilə qəbul edilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Layihə tapşırığına əsasən binada isti su təchizatının açıq – birbaşa istilik təchizatı sistemindən su götürməklə layihələndirilməsinə yol verilir.
Binaların təsərrüfat-içməli və ya istehsalat su kəməri sistemlərini AzDTN 2.11-1 və bu normaların tələbləri ödənilən hallarda yanğın əleyhinə su kəməri sistemi ilə birləşdirilməsinə yol verilir:
– təsərrüfat-içməli su kəmərinin yanğın əleyhinə su kəməri ilə (təsərrüfat-yanğın əleyhinə su kəməri);
– istehsalat su kəmərinin yanğın əleyhinə su kəməri ilə (istehsalat-yanğın əleyhinə su kəməri).