Yoluxucu xəstəliklər aşkar olunmuş heyvan və quş cəmdəyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2006-cı il tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”na əsasən baytarlıq ştampı vurulmaqla qanunvericiliyə uyğun tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”nda əksini tapıb.