Girişlərdə ölçü cihazlarından əvvəl, həmçinin  boru kəmərlərinin nasoslar və çənlərlə birləşmələrində bucaq altında və uzununa yerdəyişmələri təmin edən elastik birləşmələr nəzərdə tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Su kəməri girişləri, daxili su kəməri şəbəkələri, nasos aqreqatlarının boruları, suyun təmizlənməsi və emalı qurğularının boruları, həmçinin su-basqı çənlərinin dik boruları polad və ya  polietilen, metalpolimer borulardan layihələndirilməlidir.

Bu məqsədlər üçün çuqun, xrizatilsement, şüşə, həmçinin yüngül və orta tipli polietilen borulardan istifadə edilməsinə yol verilmir.