Soyuq və (və ya) isti su sayğaclarını binalarda yerləşdirmək mümkün olmadıqda onların binadan kənarda, xüsusi quyularda yerləşdirilməsinə o vaxt yol verilir ki, sayğacın pasportunda onun subasma şəraitində işləyə bilməsi qeyd edilsin.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Su sayğacları vibrasiyadan qorunmalıdır (vibrasiyanın yol verilən parametrləri cihazların pasportlarına uyğun qəbul edilir). Sayğaclar boru kəmərləri və armaturların təsiri altında mexaniki gərginliyə məruz qalmamalı və altlıq və ya kronşteynlər üstündə quraşdırılmalıdır.