Şikayət bilavasitə, yaxud hərəkətindən və ya qərarından şikayət edilən cinayət prosesini həyata keçirən orqan vasitəsilə verilir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Öz hərəkətlərindən və ya qərarlarından, yaxud başqa şəxslərin hərəkətlərindən və ya qərarlarından şikayəti qəbul etmiş təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə, bu Məcəllədə digər müddətlər nəzərdə tutulmayıbsa, onu aldığı andan təxirə salınmadan 24 saat müddətində aidiyyəti üzrə baxılması üçün göndərməlidir.