Daxili poçt göndərişlərində aşkar olunmuş zəhərli heyvan və bitkilər, bu barədə müvafiq akt tərtib edilərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Daxili poçt göndərişlərində aşkar olunmuş tez xarab olan qida məhsulları, eləcə də öz xüsusiyyətlərinə və qablaşdırılmasına görə poçt rabitəsi operatoru işçilərinin və üçüncü şəxslərin həyat və sağlamlığı üçün təhlükə törədə biləcək, digər poçt göndərişləri və ya poçt avadanlığının çirklənməsinə və ya korlanmasına (zədələnməsinə) səbəb ola biləcək əşyalar poçt rabitəsi operatoru tərəfindən götürülür və təhlükənin başqa yolla aradan qaldırılması mümkün olmadıqda, məhv edilir. Bununla əlaqədar belə göndərişlərin götürülməsi və məhv edilməsi barədə akt tərtib edilir və faktla bağlı hüquq mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar verildiyi hallar istisna olmaqla, on gün müddətində göndərici və ya ünvançıya məlumat verilir.