Mədən qazlarının yer səthinə çıxma ehtimalı olan zonalarda binalar layihələndirilərkən su kəməri girişlərindən qazın bu binaların zirzəmilərinə və döşəməaltı boşluqlarına daxil olmasının qarşısını alan tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Elastik tənzimləyicilər qoyulduqda onların tənzimləmə qabiliyyəti binaların qonşu seksiyalarının hesablama yerdəyişmə ölçülərindən və boru kəmərlərinin temperatur təsirindən uzanmasından asılı olaraq təyin edilməlidir.