Əgər tullantı, əmələ gəlmə ərazisində emal və ya utilizasiya edilirsə, onda emal sahələrində olan bütün qurğular müəyyən olunur, tullantı keyfiyyətinə və kəmiyyətinə görə identifikasiya edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İstehsal prosesində və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında Təlimat”da əksini tapıb.
Emala və utilizasiyaya yararlı olmayan, ya da emal oluna bilməyən tullantının müəssisədən kənarlaşdırılması və yaxud başqa müəssisəyə verilməsi araşdırılır.