İki giriş olduqda və təzyiqin artırılması tələb edildikdə girişlər nasoslara qədər birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.
Hər bir girişdə ayrıca nasos qoyulduqda girişlərin birləşdirilməsi tələb edilmir. Daxili su kəməri şəbəkəsində üzərində ölçü cihazları olan və bina daxilində boru kəməri ilə birləşdirilən bir neçə giriş olan hallarda su kəmərlərinin girişlərində əks klapanların qoyulması nəzərdə tutulmalıdır.