Birləşmiş təsərrüfat-yanğın əleyhinə su kəməri sistemi olan 6 mərtəbəli və daha  hündür binalarda yanğınsöndürmə suyunu nəql etdirən  dik borular yuxarıda halqalandırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, “Binaların daxili su təchizatı və kanalizasiyası. Layihələndirmə normaları”nda əksini tapıb.

Bu zaman binaların su kəməri sistemində suyun təzələnməsini təmin etmək üçün yanğınsöndürmə suyunu nəql etdirən dik borular bağlayıcı armatur qoymaqla bir və ya bir neçə suayırıcı dik boru ilə halqalandırılmalıdır.

Ayrılmış yanğın əleyhinə su kəməri sistemlərinin dik boruları mümkün olduqda bağlantılar vasitəsilə digər su kəməri sistemləri ilə əlaqələndirilməlidir.

İsidilməyən binalarda yerləşən və daxilində su olmayan  yanğın əleyhinə su kəməri sistemlərində bağlayıcı armatur isidilən otaqlarda yerləşdirilməlidir.